"Qarabağ" QARAnlıqda...

30 Noyabr 2018 17:24 Avropa Liqası 869
"Qarabağ" QARAnlıqda...

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Sportinq"ə 1-6 hesabı ilə uduzub.

Sportİnfo.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin avrokuboklar tarixində ən ağır ev məğlubiyyəti kimi tarixə düşüb.

Daha öncə "atlılar" ev oyunlarında dörddən çox top fərqiylə məğlub olmamışdı. "Qarabağ" 1998/99 mövsümündə UEFA Kuboklar Kubokunda Danimarka "Kopenhagen"inə 0:4 hesabı ilə uduzmuşdu.

2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" İngiltərənin "Çelsi" klubuna da 0:4 hesabı ilə uduzaraq, ən böyük hesablı ev yenilgisini yaşamışdı.

"Qarabağ" avrokuboklarda 4-cü dəfə bir matçda qapısından 6 qol buraxıb. Təmsilçimiz 1998/99 mövsümündə UEFA Kuboklar Kubokunda "Kopenhagen"ə səfərdə 0:6 hesabı ilə məğlub olmuşdu.

1 il sonra ağdamlılar UEFA İntertoto Kubokunda Fransanın "Monpelye" klubuna səfər matçında 0-6 hesabı ilə yenilmişdi.

"Atlılar" ötən mövsüm ÇL-in qrup mərhələsində Londonda "Çelsi"yə də 6 cavabsız qolla uduzmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM