Rəşad Sadıqov nə aldı? - VİDEO

30 Noyabr 2018 14:12 Avropa Liqası 590
Rəşad Sadıqov nə aldı? - VİDEO

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov avrokuboklarda 100-cü matçını keçirib.

Sportinfo.az xəbər verir ki, "Sportinq"lə hazırda Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmaya təsadüf edən bu əlamətdar olay UEFA-nın da diqqətindən kənarda qalmayıb.

Belə ki, Bakıda səfərdə olan qitə futbol qurumunun Klub Yarışlarının Təşkili Komitəsinin sədri Mixael Heselşverdt Rəşada "Qarabağ"ın "100 nömrə"li formasını hədiyyə edib.

Bu, komandaların isinmə hərəkətləri edən zamanı meydançanın kənarında reallaşıb. Heselşverdt avrokubokların püşkatmasını həyata keçirən şəxsdi.

36 yaşlı Sadıqov avrokuboklarda "Qarabağ"la yanaşı, "Neftçi" və Türkiyənin "Kayserispor" klubuyla çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti