Bu əliyalınları Londona aparıb, "Arsenal"ın qabağına çıxarmayın!

30 Noyabr 2018 13:12 Avropa Liqası 717
Bu əliyalınları Londona aparıb, "Arsenal"ın qabağına çıxarmayın!

Ceyhun Mirzəyevin "Fəryad" filmindəki o monoloqu yəqin ki, çoxumuz xatırlayırıq.

"Və yağışlar yağdı, küləklər əsdi, tufonlar qopdu".

Bu gün o çovğunlu, soyuq havada bu mənzərənin şahidi olmaq, formasında QARABAĞ adı yazılan futbolçu yığınının ruhsuz, bəlkə də elə yalnız ruh kimi meydanda gəzməsinin nəticəsi idi. Bəli, ruh kimi...

Heç olmasa o ada görə kişi olmaq lazım idi. Meydanda hansı adı daşıdığını düşünməyənler dəstəsi o gözdən iraq, könüldən uzaq, səsin çatıb ünün yetmədiyi məkana gələnlərə belə hörmət etmədilər.

Tablo isə ortadadı. Orta demişkən, Avropanın ortabab komandasından öz meydanında 6 qol buraxmaqdan gedir söhbət.

"Qarabağ" rəhbərliyinə məsləhətim odur ki, bu əliyalınları Londona aparıb o sözün hər iki mənasında "Arsenal"ın qabağına çıxarmasın.

Heç olmasa ordakı dığa o müqəddəs adın üstündən xətt çəkməyə cəhd etməsin.

Allah Ceyhun Mirzəyevə rəhmət eləsin. Fəryad ki nə "Fəryad".

P.S. Komandamıza bircə klubun bu axsaq, nə iş gördüyü bəlli olmayan personalı qol vura bilmədi deyəsən...

Ramiz Mirzəzadə

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti