Ayılın! Çatmışıq! Depoda, dalanda, dibdə, sonda, axırdayıq

30 Noyabr 2018 12:36 Avropa Liqası 710
Ayılın! Çatmışıq! Depoda, dalanda, dibdə, sonda, axırdayıq

Qurban Qurbanov və "Qarabağ" 9 günə sığan iki böyükhesablı məğlubiyyətlə Azərbaycan futbolunun əsl durumunu, bu gününü, faciəvi vəziyyətini ortaya qoydu.

Əslində hər şey hələ "Baltsan-Uypeşt-Proqress" mərhələsində bitmiş, daha doğrusu, aşkarcasına ortaya qoyulmuşdu.

Amma Qurban Qurbanov və "Qarabağ" bu dəfə də bu eyibimizin üstünü örtüb bizə bir az da xəyallar qurmaq imkanı yaratdılar. Çox nahaq, çünki xəyalların bir dəfə mütləq boşa çıxmaq kimi pis xüsusiyyəti var.

Açıq Bakı birinciliyi olan Premyer-Liqa, adını dilə gətirməyə belə utandığımız I Divizion, məramı-məqsədi bilinməyən Region Liqası, məhv olmuş uşaq futbolu, darmadağın sistemiylə, bütün iyrəncliyiylə futbolumuz bu gün gözümüzün qabağındadı.

Baxıb "zövq almaq", "şövq almaq" var bu "möhtəşəm" mənzərədən.

Qarşısında Qurban Qurbanov və "Qarabağ" vardı.

İndi onlar da yoxdular. Yorulub çəkildilər və mənzərə tamlığı ilə qarşımızdadı.

Ayılın, cənablar, ayılın! Çatmışıq! Depoda, dalanda, dibdə, sonda, axırdayıq.

Ayılın, cənablar, ayılın! Hər şey bitib. Səhər də deyil. Ayılmasaz, ayılmasaq, ayıltmasaq, bizi hələ uzun, çox uzun bir gecə gözləyir. Sabahı olmayan gecə..

KƏNAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti