"Nə deyəcəyimi bilmirəm, cavab verməkdə çətinlik çəkirəm"

30 Noyabr 2018 11:36 Avropa Liqası 657
"Nə deyəcəyimi bilmirəm, cavab verməkdə çətinlik çəkirəm"

Sportinfo.az xəbər verir ki “Qarabağ”ın bolqarıstanlı yarımmüdafiəçfsi Simeon Slavçev Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Sportinq"ə ağır məğlubiyyət haqda danışıb, çox məyus olduğunu bildirib.

- Həqiqətən, nə deyəcəyimi bilmirəm. Çox ağır məğlubiyyətdir. Bu gün rəqib daha yaxşı oynadı. Onlar yüksək texnikaya malik idilər və qələbə qazandılar.

“Sportinq”ə səfərdə 0:2, “Arsenal”a isə 0:3 hesabı ilə məğlub olmuşdunuz, bu gün isə qapınızda 6 top gördünüz. Bu, rəqibin texniki göstəricilərinin olmasına görə idi?

- Bayaq dediyim kimi, buna cavab verməkdə çətinlik çəkirəm. Biz bacardığımız qədər mübarizə apardıq, amma hesab belə oldu.

Keçmiş komandanıza qarşı oynadınız. Hansı hissləri keçirdiniz?

- Bu gün köhnə dostlarımdan bir neçəsini gördüm. Özüm üçün onları görmək yaxşı oldu. Ancaq komandamızın bu gün, bu hesabla məğlub olması məni çox məyus etdi. Bizim üçün çox pis gün oldu. Növbəti oyunlarda inkişaf etməliyik, oyunun bütün aspektlərində zəif idik.

Londonda “Arsenal”la görüşə hansı psixologiya ilə gedəcəksiniz? Biz həmin oyunda nəyə ümid etməliyik?

- Çalışacağıq ki, həmin matçda daha yaxşı oyun göstərək və azarkeşlərimizi sevindirək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti