
Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, E qrupunda "Qarabağ" doğma meydanda "Sportinq"i qəbul edib və böyük hesabla uduzub.
Qrupun digər matçında isə Ukrayna "Vorskla"sı "Arsenal"la qarşılaşıb. London təmsilçisi ötən tur növbəti mərhələni rəsmiləşdirsə də, bu oyunda da darmadağına sevinib.
Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana" klubu doğma meydanda "Dinamo" (Kiyev) ilə qarşılaşıb və minimal hesabla məğlub olub. Lakin sözügedən komandaların hər ikisi növbəti mərhələyə vəsiqə qazanıb.
Türkiyə təmsilçilərindən "Beşiktaş” səfərdə "Sarpsporq"un qonağı olub. Dörd oyuna 1 qələbə qazananan "qara qartallar" görüşdən 3 xalla ayrılmaq niyyətindəydi. İstanbul klubu bu görüşün əvvəlində 2 top buraxsa da, möhtəşəm əzmkarlıq nümayiş etdirərək əzmkar qələbəyə sevinib.
"Fənərbağça" isə evdə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını qəbul edib. Bu qrupun hər iki oyunu qolsuz başa çatıb. Nəticədə, "Fənər" "Dinamo" ilə birgə növbəti mərhələyə vəsiqə əldə edib.
A qrupu
Bayer (Leverkuzen, Almaniya) - Ludoqorets (Bolqarıstan) 1:1
Qol: Vayzer, 85 - Marselinyo, 69.
Sürix (İsveçrə) - AEK (Larnaka, Kipr) 1:2
Qol: Xelifi, 74 - Cannu, 38. Triçkovski, 85.

B qrupu
Rusenborq (Norveç) - Seltik (Şotlandiya) 0:1
Qol: Sinkleyr, 42.
Zalsburq (Avstriya) - Leyptsiq (Almaniya) 1:0
Qol: Qulbrandsen, 74.

C qrupu
Bordo (Fransa) - Slaviya (Praqa, Çexiya) 2:0
Qol: Preville, 49. Kunde, 90.
Zenit (Rusiya) - Kopenhagen (Danimarka) 1:0
Qol: Mak, 59.

D qrupu
Fənərbaxça (Türkiyə) - Dinamo (Zaqreb, Xorvatiya) 0:0
Anderlext (Belçika) - Spartak (Trnava, Slovakiya) 0:0

E qrupu
Qarabağ (Azərbaycan) - Sportinq (Lissabon, Portuqaliya) 1:6
Qol: Zubir, 14 - Dost, 5-pen. B.Fernandes, 20; 75. Nani, 33. Dyabi, 65; 82.
Vorskla (Poltava, Ukrayna) - Arsenal (İngiltərə) 0:3
Qol: Smit-Rou, 11. Remzi, 27-pen. Uillok, 41.

F qrupu
Betis (İspaniya) - Olimpiakos (Yunanıstan) 1:0
Qol: Kanales, 39.
Milan (İtaliya) - Düdelanj (Lüksemburq) 5:2
Qol: Kutrone, 21. Stelvio, 66-öz qapısına. H.Çalhanoğlu, 70. Şnell, 79-öz qapısına. Borini, 81 - Stols, 39. Turpel, 49.

G qrupu
Spartak (Moskva, Rusiya) - Rapid (Vyana, Avstriya) 1:2
Qol: Ze Luis, 20 - Muldur, 80. Skobesberger, 90.
Reyncers (Şotlandiya) - Vilyarreal (İspaniya) 0:0

H qrupu
Apollon (Kipr) - Latsio (İtaliya) 2:0
Qol: Faupala, 31. Markoviç, 82.
Ayntraxt (Almaniya) - Marsel (Fransa) 4:0
Qol: Yoviç, 1; 67. Qustavo, 17-öz qapısına. Sarr, 62-öz qapısına.

I qrupu
Malmö (İsveç) - Genk (Belçika) 2:2
Qol: Leviçki, 65. Antonsson, 67 - Posuelo, 42. Peyntsil, 53.
Sarpsporq (Norveç) - Beşiktaş (Türkiyə) 2:3
Qol: R.Məhəmməd, 1. Haynts, 6 - Lens, 62; 90. V.Lav, 66.

J qrupu
Krasnodar (Rusiya) - Akhisarspor (Türkiyə) 2:1
Qol: Qazinski, 49. Ari, 57 - Serjinyo, 24.
Standard (Lyej, Belçika) - Sevilya (İspaniya) 1:0
Qol: Djenepo, 62.

K qrupu
Astana (Qazaxıstan) - Dinamo (Kiyev, Ukrayna) 0:1
Qol: Verbiç, 29.
Yablonets (Çexiya) - Renn (Fransa) 0:1
Qol: Qrenye, 55.

L qrupu
BATE (Belarus) - Videoton (Macarıstan) 2:0
Qol: Siqneviç, 22. İvaniç, 85.
Çelsi (İngiltərə) - PAOK (Yunanıstan) 4:0
Qol: Jiru, 27; 37. Kallum, 60. Morata, 78.

Bombardir: Munas Dabbur (Salzburq), Luka Yoviç (Ayntraxt) - 5 qol.

