Çempionumuz, "Qarabağ"ımız məhv olmuş futbolumuzun son akkordlarını vurur.
Təəssüf ki, bu akkordlar minor notda bitir.
"Sportinq" Bakıya yarıehtiyat heyətlə gəlsə də, "Qarabağ"ımıza Vəli Qasımov demişkən daldan ciddi problemlər yaşatdı.
Əslində "Qarabağ" bu mövsümə sanki, ciddi hədəflər qoymadan hazırlaşırdı. Hətta Dino Ndlovu bir yana heç Ramil Şeydayev səciyyəsində hücumçu alınmayanda bunu hisz etmək olardı.
Ağdamlılar artıq çempionatda da "Neftçi"dən ciddi şəkildə geri qalır və fasilədə çox güclü transferlər olmasa indidən "flaqman"ı təbrik etmək olar.
Kosovoyla oyunun antiqəhrəmanlarından Qara Qarayevə, Mahir Mədətova, Bədavi Hüseynova və başqa yerli futbolçulara, "yarımfabrikat" legionerlərə ümid etməklə uzağa getmək mümkün deyil. Portuqaliyalılar bunu bizə bir daha sübut etdi.
Artıq "Qarabağ" ciddi islahatlara başlamalıdı. Heyətdə ciddi dəyişikliklər olmalıdı.
Qurban Qurbanov fikrini milliyə cəmləşdirsə, avrokuboklarda 100-cü oyunu biabırçılıqla bitən Rəşad Sadıxov futbolçu karyerasını bitirib məşçiliyə konsentrasiya olsa, klub rəhbərliyi aşağı yaş qruplarını prioritet götürsə gələcəkdə bəlkə yenidən çempionlar liqasının qrup həyəcanını yaşaya bilərlər.
Hələliksə, bu möcüzəyə bınzəyir. Bu futbolçular, bu məşqçi heyəti, bu rəhbərliyinin "Qarabağ" missiyası isə bitmiş görünür...
SPORTİNFO.AZ

