Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək.
Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” növbəti görüşünü keçirəcək.
E qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq. Bu, Azərbaycan çempionunun qrupda son ev matçı olacaq.
“Qarabağ” 1/16 final şansını qorumaq üçün mütləq qələbə qazanmalıdı. Yarışa uğursuz başlayıb ardıcıl 3 məğlubiyyət alan Ağdam klubu ilk xallarını üç həftə əvvəl Ukraynada əldə edib.
Doğma azarkeşlər önündə xal qazanmayan komanda Bakı Olimpiya Stadionuna toplaşacaq tərəfdarlarını sevindirməyə çalışacaq.
Xal itkisi təmsilçimizi qrupda saxlayacaq. Portuqaliya klubu isə digər oyunların nəticəsindən asılı olmayaraq 1/16 finala vəsiqəni təmin edə bilər. Qonaqlar bunun üçün qalib gəlməlidi.
Əlbəttə, bu dərslərdən hələ çox danışacağıq. İndi isə «ümidlər hələ solmayıb» deməliyik. Çünki həmin «Sportinq» Bakıda yenilə bilər. Bütün vəzifələri yerinə yetirmiş «Arsenal»a da sinə grmək mümkündür.
Lakin bunun üçün daha ağıllı oynamaq lazımdır. Fövqəl fəallıqla iflasa uğrayıb, daha sonra da meydandakı aqoniyanı rəqibdən çəkinmədən bərabər mübarizəyə can atmaq kimi qələmə vermək olmaz.
Hələ bununla özünə tərif yağdırmaqdansa, bu dəfə əsl məşqçi təfəkkürünün məhsulu ilə rəqiblərə ağıldan üstün olanı göstərmək lazımdır.
Məqsəd və hədəflər üçün ilk növbədə, «Qarabağ» özünə inanmalıdı. Söz yox ki, söhbət təkcə komandanın pley-off raunduna çıxmasından getmir.
Hərçənd bu, nə qədər müşkül olsa belə, istisna sayılmamalıdır. Hazırda ən mühüm məsələ mövsümü major notlarla başa vurub, yerli çempionatın qış fasiləsindən sonrakı dövrünə rəqabət miqyasında yeni söz deməkdir.
Üstəlik, milli futbolda builki rəqib əvvəlkilərdən fərqli olaraq, kökü, tarixi və təməli olanlardandı.
Bütün deyilənləri nəzərə alsaq, nə qədər məzmunsuz və məntiqsiz qələbə olsa da, Poltavada əldə olunan qələbə nailiyyətdi. Onun qiyməti «Arsenal»la oyundakı canfəşanlıqdan vacibdi.
Çünki mühüm nailiyyət ilk qolun vurulması ilə qələbə sifətsinin əldə olunmasıdır. Deməli, estafet ümidə verilib və onun üççün zəmin yaradılıb. Qalır son mərhələdə bütün bunlardan rasional istifadə etmək.
1. «Arsenal» 4 3 1 0 8-2 10
2. «Sportinq» 4 2 1 1 4-2 7
3. «Vorskla» 4 1 0 3 4-7 3
4. «Qarabağ» 4 1 0 3 1-6 3
ELNUR

