“Sportinq” əla komandadı, qələbə qazanacaqlarına heç bir şübhəm yoxdur”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın sabiq hücumçusu Renato Keyruş deyib.
2008/2009 mövsümündə “ağ-yaşıllar”ın formasını geyinmiş portuqaliyalı veteran futbolçu Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün “Qarabağ”la qarşılaşacaq “Sportinq”in şanslarını dəyərləndirib:
“Onlar Avropa Liqasında yaxşı işlər görürlər. Düşünürəm ki, Bakı səfərində öz məqsədlərinə nail olmaq üçün hər bir şaraitləri var”.
R. Keyruş Azərbaycan futbolunun indiki durumuna da toxunub: “İndiki vəziyyət 2008-ci illə müqayisə oluna bilməz.
Həmin vaxt klublar ilk addımlarını atırdılar. İndi isə klublar daha yaxşı təşkilatlanıblar, stadionları əvvəlkindən yaxşıdır və çempionluq yarışı başqa ölçüyə çatıb. Yəni 10 il əvvəl belə uzaq ölkəyə köçmək çətin idi.
Futbol bazarı fərqli idi. Oyunçuların gedə biləcəyi yeganə yer Kipr idi. Avropa, Asiya və Amerikanın qalan hissəsi ilə bağlı variant, demək olar ki, mümkün deyildi.
Amma tərəddüd etmədim, çünki müsbət aspektlər gətirəcəyini bilirdim. Düzdü, Azərbaycana uyğunlaşmaqda çətinlik çəkirdim. Ancaq oranın mədəniyyətini tanıdan və evini üzümə açan Füzuli ilə dostluq etdim. O deyirdi ki, oynamağa layiq olan yeganə futbolçu sənsən”.

