İlk qol və ilk qələbə var, bəs ümid üçün bəhanə necə?

29 Noyabr 2018 15:48 Avropa Liqası 571
İlk qol və ilk qələbə var, bəs ümid üçün bəhanə necə?

Avropa Liqasında çıxış edən "Qarabağ" builki ümidsiz və nəticəsiz matçlar seriyasına son qoyaraq, nəhayət, Ukraynada tilsimi qırdı.

Həm də necə - yenə qəribə və təzadlarla zəngin bir qarşılaşma və nəticə ilə.

Komanda doğma divarlar arasında məğlub olduğu «Vorskla»nı səfərdə eyni qaydada və eyni ssenari ilə məğlub etdi.

Təbii ki, meydanda oyun adlandıra biləcəyimiz bir şey görmədik. «Qarabağ» elə builki ampluasındaydı. Hücum quruculuğu, demək olar ki, yox səviyyəsində qətiləşib.

Az-çox yaradılan və yaxud rəqibin səhvlərindən törəyən epizodlarda isə hücumun sonluğu, həmişəki kimi, məyusluqdan başqa təəssürat izi qoymadı.

Lakin bu dəfə müdafiə «Qarabağ»ın üzünü ağ etdi. İkinci hissədə Bakıda Azərbaycan çempionunun məntiqsiz kütləvi hücumlarını bu dəfə Poltavada ev sahibləri cüzi nüans fərqləri ilə təkrarladılar. Bu fərqlilik hücumların daha çox müdafiəçilərimizin sayəsində qarşsının alınması idi.

Azərbaycan azarkeşi üçün sevindirici məqamı lazım olan qolun «Qarabağ»ın istədiyi və ənənə üzrə öyrəncəli olduğu anlarda vurumasıydı.

Axı bir qayda olaraq, rəqib çox güclü deyilsə, Ağdam təmsilçisi erkən qol vurduqdan sonra alınmaz qala kimi məğlubedilməzliyi ilə seçilir.

Bu dəfə də məhz həmin qol komandanın müdafiə xəttini tamamilə toparladı və qismən də sığortalı oyuna yol açdı.

Doğrudu, axtarsaq, bu redutda da səhvlər tapmaq mümkündü. Lakin rəqibin get-gedə boş-boşuna canfəşanlıqdan başqa bir şeyə bənzəməyən hücumları avrokubok təmsilçimizin mərkəz müdafəidən əla idarə olunan səfində qırıldı.

“Qarabağ” - “Sportinq” oyunu Azərbaycan və Portuqaliya klublarının avrokuboklarda 2-ci qarşılaşması olacaq. İndiyədək təmsilçilərimiz pireneylilərlə yalnız bir dəfə üz-üzə gəlib.

Bu da elə “Qarabağ”ın “Sportinq”lə Lissabondakı görüşü olub. Cari mövsümdə qrupun ilk turunda təmsilçimiz 0:2 hesabı ilə uduzub.

Bunadək isə iki ölkə klubları avrokuboklar çərçivəsində qarşılaşmamışdı. Azərbaycan çempionunun vuracağı qol bu duellərdə futbolçularımızın ilk sevinci olacaq. “Qarabağ” 5 turdan sonra 3 xala qrupda 4-cü yerdədi.

BATI YAR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti