"Qarabağ" çox sərmayə qoyub və ölkədə ən böyük gücə çevrilib"

29 Noyabr 2018 15:36 Avropa Liqası 634
"Qarabağ" çox sərmayə qoyub və ölkədə ən böyük gücə çevrilib"

“Qəbələ”nin sabiq futbolçusu Dieqo Koşta Silva Avropa Liqasının 5-ci turunda keçiriləcək “Qarabağ” - “Sportinq” matçı haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, braziliyalı qolkiper Portuqaliyanın "A Bola" nəşrinə açıqlamasında oyunun favoritinin “Sportinq” olduğunu deyib.:

Dieqo Koşta Silva 2012-2014-cü illər aralığında “Qəbələ”də forma geyinib: “Qarabağ” ardıcıl beş dəfə Azərbaycan çempionu olaraq, “Neftçi”nin hegemonluğuna son qoydu.

"Qarabağ"a çox sərmayə qoyub və ölkədə ən böyük futbol gücünə çevrilib. Komanda yaxşı quruluşa sahibdi.

Son nəticələrinə baxmayaraq, “Sportinq” çox yaxşı vəziyyətdədi. Onların daha da yaxşı olacağına ümid edirəm.

Görüşün favoriti “Sportinq”di. Güclü futbolçuları var. Portuqaliya futbolunun səviyyəsi Azərbaycan futbolunun səviyyəsindən daha yüksəkdi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti