Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək.
Sportinfo.az xəbər verir ki, "Qarabağ" doğma meydanda "Sportinq" ilə üz-üzə gələcək.
Qrupun digər matçında isə Ukrayna "Vorskla"sı İngiltərənin "Arsenal" komandasını qəbul edəcək. London təmsilçisi ötən tur növbəti mərhələni rəsmiləşdirib.
Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı doğma meydanda "Dinamo" (Kiyev) ilə qarşılaşacaq. Qalib gələn komanda qrupdakı digər matçın nəticəsindən aslı olmayaraq növbəti mərhələyə vəsiqə qazanacaq.
Türkiyə təmsilçilərindən "Beşiktaş” səfərdə Norveçin "Sarpsporq" kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. 4 oyuna 1 qələbə qazana bilən "qara qartallar" görüşdən 3 xalla ayrılmaq niyyətindədir.
"Fənərbağça" evdə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını qəbul edəcək. İstanbul təmsilçisi rəqibini məğlub etsə, 1/16 finala yüksələcək.
Qonşu ölkənin digər klubu “Akhisarspor” isə turnirdə ilk xalını qazanmaq üçün səfərdə Rusiyanın "Krasnodar" komandasının müqavimətini qırmağa çalışacaq.
Bundan əvvəlki turda "Arsenal”la yanaşı, "Ayntraxt” (Almaniya), "Latsio” (İtaliya), "Çelsi” (İngiltərə), "Sürix” (İsveçrə), "Bayer” (Leverkuzen, Almaniya) və "Dinamo” (Zaqreb, Xorvatiya) klubları 1/16 final mərhələsinə vəsiqəni təmin ediblər.
A qrupu
21:55. "Bayer" (Leverkuzen, Almaniya) - "Lüdoqorets" (Bolqarıstan)
21:55. "Sürix" (İsveçrə) - AEK (Larnaka, Kipr)
Xal durumu: "Sürix" - 9, "Bayer" - 9, AEK - 2, "Lüdoqorets" - 2.
B qrupu
21:55. "Rusenborq"(Norveç) - "Seltik" (Şotlandiya)
21:55. "Zaltsburq" (Avstriya) - "Leyptsiq" (Almaniya)
Xal durumu: "Zaltsburq" - 12, "Seltik" - 6, "Leyptsiq" - 6, "Rusenborq" - 0.
C qrupu
21:55. "Bordo" (Fransa) - "Slaviya" (Praqa, Çexiya)
21:55. "Zenit" (Rusiya) - "Kopenhagen" (Danimarka)
Xal durumu: "Zenit" - 8, "Slaviya" - 7, "Kopenhagen" - 5, "Bordo" - 1
D qrupu
21:55. "Fənərbağça" (Türkiyə) - "Dinamo" (Zaqreb, Xorvatiya)
21:55. "Anderlext" (Belçika) - "Spartak" (Trnava, Slovakiya)
Xal durumu: "Dinamo" - 12, "Fənərbağça" - 7, "Spartak" - 3, "Anderlext" - 1
E qrupu
21:55. "Qarabağ" (Azərbaycan) - "Sportinq" (Lissabon, Portuqaliya)
21:55. "Vorskla" (Poltava, Ukrayna) - "Arsenal" (İngiltərə)
Xal durumu: "Arsenal" - 10, "Sportinq" - 7, "Vorskla" - 3, "Qarabağ" - 3.
F qrupu
21:55. "Betis" (İspaniya) - "Olimpiakos" (Yunanıstan)
21:55. "Milan" (İtaliya) - "Düdelanj" (Lüksemburq)
Xal durumu: "Betis" - 8, "Milan" - 7, "Olimpiakos" - 7, "Düdelanj" - 0.
G qrupu
19:50. "Spartak" (Moskva, Rusiya) - "Rapid" (Vyana, Avstriya)
00:00. "Reyncers" (Şotlandiya) - "Vilyarreal" (İspaniya)
Xal durumu: "Vilyarreal" - 6, "Spartak" - 5. "Reyncers" - 5, "Rapid" - 4
H qrupu
00:00. "Apollon" (Kipr) - "Latsio" (İtaliya)
00:00. "Ayntraxt" (Almaniya) - "Marsel" (Fransa)
Xal durumu: "Ayntraxt" - 12, "Latsio" - 9, "Apollon" - 1, "Marsel" - 1.
I qrupu
00:00. "Malmö" (İsveç) - "Genk" (Belçika)
00:00. "Sarpsporq" (Norveç) - "Beşiktaş" (Türkiyə)
Xal durumu: "Genk" - 7, "Malmö" - 5, "Sarpsporq" - 5, "Beşiktaş" – 4
J qrupu
00:00. "Standard" (Lyej, Belçika) - "Sevilya" (İspaniya)
21:55. "Krasnodar" (Rusiya) - "Akhisar" (Türkiyə)
Xal durumu: "Sevilya" - 9, "Krasnodar" - 9, "Standard" - 6, "Akhisar" - 0.
K qrupu
00:00. "Yablonets" (Çexiya) - "Renn" (Fransa)
19:50. "Astana" (Qazaxıstan) - "Dinamo" (Kiyev, Ukrayna)
Xal durumu: "Astana" - 8, "Dinamo" - 8, "Renn" - 3, "Yablonets" – 2
L qrupu
00:00. "Çelsi" (İngiltərə) - PAOK (Yunanıstan)
21:55. BATE (Belarus) - "Videoton" (Macarıstan)
Xal durumu: "Çelsi" - 12, "Videoton" - 6, BATE - 3, PAOK - 3

