"Sportinq"in ulduzu: "Qarabağ" cinah ötürmələrinə bel bağlayır"

29 Noyabr 2018 09:24 Avropa Liqası 489
"Sportinq"in ulduzu: "Qarabağ" cinah ötürmələrinə bel bağlayır"

"Sportinq" yaxşı vəziyyətdədi, bizi çətin oyun gözləyir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sportinq"in futbolçusu Andrea Pintu Bakıda "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının V tur matçından əvvəl mətbuat konfransında deyib.

29 yaşlı müdafiəçi bildirib ki, sabahkı oyunda fərqli "Qarabağ" gözləmirlər: "Eyni oyun fəlsəfəsinə malikdirlər. Cinah ötürmələrinə bel bağlayan və topa nəzarət etməyi sevən komandadı".

Pintu itkilərə rəğmən, qələbə qazanmağa qadir olduqlarını da əlavə edib: "Sportinq" böyük komandadır. İtkilərdən çıxış yolları var. Buraya gələn oyunçularla qalib gəlmək imkanımız var".

Təcrübəli oyunçu özünün meydana çıxmasının baş məşqçi Marsel Kayzerin qərarından asılı olacağını əlavə edib:

"Bu barədə baş məşqçi qərar verəcək. Oyunçuların üzərinə çox böyük məsuliyyət düşür. Onlar çalışmalıdırlar ki, məşqdə öyrəndiklərini oyunda tətbiq etsinlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti