"Sportinq"in baş məşqçisi: "Qarabağ" maraqlı və müasir futbol oynayır"

29 Noyabr 2018 00:30 Avropa Liqası 503
"Sportinq"in baş məşqçisi: "Qarabağ" maraqlı və müasir futbol oynayır"

"Bu oyunda məqsəd qalib gəlməkdir.

Qələbəni yaxşı və baxımlı oyunla əldə etmək niyyətindəyik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sportinq"in baş məşqçisi Marsel Kayzer "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının V tur matçından əvvəl mətbuat konfransında deyib.

Qələbə qazanmasanız belə, növbəti mərhələyə adlaya bilərsiniz. Matça yanaşmanız necə olacaq?

- Əlbəttə, öz oyunumuza köklənəcəyik. Paralel oyunda bizim üçün münasib hesab qeydə alınsa, lap yaxşı olar. Amma biz öz oyunumuzla mərhələ adlamaq niyyətindəyik.

Üç həftə ərzində bütün futbolçular haqqında hansı məlumat almısınız və oyun planında hansı dəyişikliklər etmək niyyətindəsiniz?

- Hər həftə nə isə öyrənirəm. Oyunda isə zamanla dəyişikliklər edəcəyik.

Sizi ən çox təəccübləndirən hansı futbolçu oldu?

- Heç vaxt fərdi qaydada yanaşmıram. Oyunlara ümumi komanda şəklində yanaşır və müzakirə edirik.

"Sportinq"in Avropa Liqasındakı matçlarını izlədikdə nələri gördünüz?

- Sabahkı oyunda əsas məsələ ruh yüksəkliyidir. Bunu komandadan gözləyirəm. Əməl olunsa, istəyimizə çata bilərik.

Məğlubiyyəti düşünürsünüzmü?

- Hər iki komanda sabahkı oyunda qələbə üçün çıxış edəcək. Bu da oyunu maraqlı edir. "Qarabağ"ın üç oyununu izləmişəm. Maraqlı və müasir futbol oynayır.

Rəqibiniz haqqında informasiya toplayarkən Qarabağ sözünün hansı anlam daşıdığını araşdırmısınızmı?

- “Qarabağ” çox gözəl, modern futbol oynayır. Rəqibin üç oyununu izləmişəm. Əks-hücum komponentlərində yaxşı komandadır, topla yaxşı rəftar edir. “Qarabağ” haqqında eşitmişəm. Ölkənizə ilk dəfədir gəlirəm. Bura xoşuma gəlir.

Çoxlu itki ilə oynayacaqsız. Əvvəllər belə halla üzləşmisinizmi və çıxış yolunu necə görürsüz?

- Yaxşı komanda tək 11 futbolçudan ibarət deyil. Bizim 25 futbolçumuz var. Onlardan 19-nu bura gətirmişik və layiqincə çıxış edəcəklərinə inanırıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti