"Qarabağ"ın rəqiblərinin oyunu hərbi vəziyyətlə əlaqədar...

28 Noyabr 2018 17:00 Avropa Liqası 426
"Qarabağ"ın rəqiblərinin oyunu hərbi vəziyyətlə əlaqədar...

"Vorskla" və "Arsenal" arasındakı Avropa Liqasının qrup mərhələsinin V tur matçının məkanı Poltavadan Kiyevə dəyişdirilib.

Sportinfo.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu barədə qitə futbol qurumunun fövqəladə hallar üzrə komitəsi qərar qəbul edib.

Səbəb kimi ölkənin bəzi regionlarında hərbi vəziyyətin tətbiqi göstərilib. Beləliklə, qarşılaşma noyabrın 29-da Ukrayna paytaxtındakı "Olimpiyski" stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.

UEFA digər matçların yerlərinin dəyişdirilməsi ilə bağlı hansısa qərar qəbul etməmişdən əvvəl yaxın günlərdə ölkədəki vəziyyəti izləyib qiymətləndirməkdə davam edəcək.

"Vorskla" və "Arsenal" "Qarabağ"la eyni qrupda yer alıb. Ukrayna təmsilçisi qrupda həm "Sportinq"i (1:2), həm də Azərbaycan təmsilçisi (0:1) ilə ev oyunlarını Poltavadakı Aleksey Butovski adına stadionda keçirib.

"Qarabağ" Poltavadakı oyundan hava şəraiti ilə əlaqədar bir qədər gec qayıtmalı olub. "Arsenal"la qarşılaşma komandanın qrupda son ev matçıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti