“Qarabağ” - “Sportinq”: Mətbuat konfransları və son məşqlər

28 Noyabr 2018 12:12 Avropa Liqası 557
“Qarabağ” - “Sportinq”: Mətbuat konfransları və son məşqlər

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Sportinq” qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov noyabrın 28-də, saat 14:30-da Bakı Olimpiya Stadionunun mətbuat konfransında media mənsublarının önünə çıxacaq.

“Köhlən atlar”ın son məşqi isə saat 19:00-da "Azərsun Arena"da olacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Sportinq”in baş məşqçisi Marsel Kayzer saat 20:00-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.

Portuqaliya təmsilçisinin oyunöncəsi son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM