"Sportinq"in 11 futbolçusu "Qarabağ"la matçda iştirak etməyəcək

27 Noyabr 2018 20:24 Avropa Liqası 592
"Sportinq"in 11 futbolçusu "Qarabağ"la matçda iştirak etməyəcək

"Sportinq" "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin V tur matçı üçün Bakıya 23 futbolçu ilə gəlir.

Sportinfo.az xəbər verir ki, Lissabon təmsilçisinin baş məşqçisi Marsel Kayzer bu görüşdə 11 oyunçunun xidmətindən yararlana bilməyəcək.

Rodriqo Battalya və Stefan Ristovski zədəli olduqları üçün görüşü buraxacaqlar. Fredi Montero və Rafinya tam olaraq hazır deyil.

IV turda səfərdə "Arsenal"la qolsuz heç-heçə etdikləri qarşılaşmada Markos Xavyer Akunya sarı vərəqə limitini doldurub, Jeremi Matyö isə qırmızı vərəqə alıb.

Komandanın sabiq baş məşqçisi Joze Pezeyru Bruno Sezar, Marselo Ferreyra, Lük Kastanyos, Lumor Aqbenyenu və Yosip Mişiç kimi futbolçuları Avropa Liqasının iştirak ərizəsinə daxil etməyib.

“Sportinq” ölkəmizə bir neçə yeni oyunçu gətirəcək. Onlar arasında klubun öz yetirmələri olan Tyerri Korreyra, Abdu Konte, Tyaqo Dyalo, Joao Keyruş və Elves Balde də var.

"Sportinq" Bakıya bu axşam gələcək. Lissabon təmsilçisi doğma “Joze Alvalade” stadionunda sonuncu məşqini keçdikdən sonra (Bakı vaxtı ilə 18:00) çarter reysi ilə paytaxtımıza yola düşubL

Qonaqların oyunöncəsi son hazırlığı isə noyabrın 28-də matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda olacaq. Noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti