“Sportinq”ə "Qarabağ"ı Bakıda udmağa yalnız bu, mane ola bilər”

27 Noyabr 2018 17:24 Avropa Liqası 524
“Sportinq”ə "Qarabağ"ı Bakıda udmağa yalnız bu, mane ola bilər”

Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”ın qonağı olacaq “Sportinq” ölkəmizə yeni baş məşqçi ilə gəlir.

Sportinfo.az xəbər verir ki, Portuqaliya klubunun çalışdırıcısı Marsel Keyzer yeni komandası ilə Avropa arenasında debütünü məhz Bakıda edəcək.

"Qarabağ” – “Sportinq” oyunu noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Portuqaliyalı həmkarlarımız Keyzerdən mütləq 3 xal tələb edirlər:

“Ona və komandasına yalnız uzun yolçuluq mane ola bilər. İstənilən halda böyük hədəfləri olan iddialı komanda belə oyunlarda qələbə qazanmalıdı.

Azərbaycan təmsilçisi “Vorskla” üzərində qələbə ilə ümidlənib. Amma “Sportinq” qalib gəlməklə növbəti mərhələyə vəsiqəni rəsmiləşdirə bilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti