"1 saat gec" - “Qarabağ”ın Bakı Metropolitenindən xahişi

27 Noyabr 2018 15:36 Avropa Liqası 518
"1 saat gec" - “Qarabağ”ın Bakı Metropolitenindən xahişi

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda Portuqaliya “Sportinq”i ilə oyun üçün Bakı Metropoliteninə müraciət edib.

Sportinfo.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, oyunun gec başa çatacağını nəzərə alan Ağdam təmsilçisi azarkeşlərin rahat şəkildə ünvanlarına çatması üçün metronun 1 saat daha gec - saat 01:00-da bağlanmasını xahiş edib.

Dekabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:55-də başlayacaq. Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "Koroğlu" stansiyasının girişi görüşdən sonra zərurət olduğu qədər açıq olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!