Ukraynada hərbi vəziyyətin elan olunması "Vorskla" və "Arsenal" arasındakı Avropa Liqasının qrup mərhələsinin V tur matçına təsir etməyəcək.
Sportinfo.az xəbər verir ki, UEFA görüşün planlaşdırıldığı kimi, noyabrın 29-da Poltavada təşkil olunacağını açıqlayıb.
Avropa futbol qurumu oyun zamanı bütün lazımi təhlükəsizlik tədbirlərinin görüləcəyini vurğulayıb. Aleksey Butovski adına stadionda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.
Hər iki komanda "Qarabağ"la birgə E qrupunda yer alıb. Hərbi vəziyyət Kerç boğazındakı münaqişə üzündən elan olunub.

