Azərbaycanlı erməni ilə eyni oyuna təyinat aldı - FOTO

27 Noyabr 2018 08:24 Avropa Liqası 494
Azərbaycanlı erməni ilə eyni oyuna təyinat aldı - FOTO

Azərbaycanlı FIFA hakim-inspektoru Asim Xudiyev erməni ilə eyni oyuna təyinat alıb.

Sportinfo.az xəbər verir ki, A.Xudiyev Avropa Liqasının qrup mərhələsinin K qrupunda keçiriləcək "Astana" (Qazaxıstan") - "Dinamo" (Kiyev, Ukrayna) matçında iş başında olacaq.

Görüşün UEFA nümayəndəsi isə Ermənistan təmsilçisi Artur Azaryan olacaq. Qarşılaşmanı İvan Bebekin başçılıq etdiyi xorvatiyalı hakimlər briqadası idarə edəcək.

A.Xudiyev əvvəllər Ermənistan komandasının oyununda da hakim-inspektor olub. Noyabrın 29-da “Astana Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:50-də başlayacaq. "Astana"da Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda da çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti