"Qarabağ"ın "Sportinq"lə oyunu qalmaqallı hakimə tapşırıldı

26 Noyabr 2018 14:48 Avropa Liqası 694
"Qarabağ"ın "Sportinq"lə oyunu qalmaqallı hakimə tapşırıldı

Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ" və "Sportinq" arasında keçiriləcək oyunun baş hakimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanı çexiyalı referi Petr Ardeleanu idarə edəcək.

Ardeleanu 2014-cü il dekabrın 11-də "Qarabağ"la İtaliya "İnter"i arasında keçirilmiş qarşılaşmada əlavə köməkçi hakim funksiyasını yerinə yetirib.

0:0 hesabı ilə yekunlaşmış görüşün uzatma dəqiqələrində Azərbaycan təmsilçisi fərqlənsə də, çexiyalı baş hakim Miroslav Zelinka təmiz qolu saymayıb.

Nəticədə "Qarabağ" qrupda qalıb. Ardeleanu həmin matçda qapılardan birinin arxasında mövqe tutub.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM