"Mən ona iş kimi yox, hobbi kimi baxıram"

26 Noyabr 2018 16:36 Avropa Liqası 526
"Mən ona iş kimi yox, hobbi kimi baxıram"

"Futbolda nə dərəcədə təmkinli olduğumu bilmirəm, hər bir peşədə maksimuma nail olmaq üçün işə həvəs lazımdı.

Futbol da mənim ehtirasımdı, mən ona iş kimi yox, hobbi kimi baxıram".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Arsenal"ın baş məşqçisi Unai Emeri deyib.

Futboldan kənar həyatı ilə bağlı danışan ispan mütəxəssis ingilis dili biliklərini yaxşılaşdırmaq üçün bu ölkənin seriallarına baxdığını söyləyib:

"Dil biliyimi yaxşılaşdırmaq üçün seriallara baxıram. Onların bəziləri maraqlıdır. Amma hərşey başa düşmək asan olmur.

Çünki seriallarda Birmingem aksentindən istifadə olunur. Bəzi seriallar çox aqressivdir. Amma ümumilikdə pis deyil".

Emeri mövsümün əvvəlindən "Arsenal"ı çalışdırır. "Topçular" Avroliqanın qrup mərhələsinin son turunda dekabrın 14-də Londonda "Qarabağ"ı qəbul edəcəklər. İngilislər Bakıdakı oyunda Ağdam təmsilçisini 3:0 hesabı ilə məğlub etmişdilər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!