Portuqaliya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Sportinq” də növbəti görüşünə çıxıb.
Lissabon təmsilçisi səfərdə “Lusitano” ilə qarşılaşıb. Görüş “Sportinq”in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Paytaxt klubunun heyətində Bas Dost dubl edib, Diabi və Fernandes isə hərəyə bir dəfə fərqlənib. Bu qələbə “Sportinq”i 1/8 finala yüksəldib.
"Sportinq” Avroliqada növbəti oyununu “Qarabağ”a qarşı keçirəcək. Noyabrın 29-da Bakı Olimpiya Stadionunda oynanılacaq “Qarabağ” – “Sportinq” matçı saat 21:55-də başlayacaq.

