Bakıdan sevincək gedən: "Avroliqanın qalibi olmaq çətindi"

24 Noyabr 2018 09:24 Avropa Liqası 469
Bakıdan sevincək gedən: "Avroliqanın qalibi olmaq çətindi"

"Bizim əsas məqsədimiz Premyer Liqanı ilk dörd pillədə başa vurmaq istəyirik.

Hədəfimiz Çempionlar Liqasında oynamaqdı və bunun üçün iki üsul var:

Premyer Liqanı "Top-4"də bitirmək və ya Avropa Liqasının qalibi olmaq. Hər iki variant çətindir, amma biz hədəfimizə çatmağa çalışacağıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Arsenal"ın baş məşqçisi Unay Emeri deyib.

O, London klubunun digər hədəfləri haqda da danışıb: "Bundan başqa, ölkədaxili hər hansı kubok qazanmaq əhəmiyyətlidi.

Buna görə "Arsenal" hər iki kubok oyununda qalib gəlməyə çalışacaq. Üçüncü hədəfimiz isə azarkeşlərlə yaxşı əlaqənin yaradılmasıdır. Komandanın enerjili və daim uğur üçün ac olmasını istəyirik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti