"Qarabağ"la oyunda qələbədən başqa nəticə bizi qane etmir"

23 Noyabr 2018 15:36 Avropa Liqası 435
"Qarabağ"la oyunda qələbədən başqa nəticə bizi qane etmir"

"Çempionatda yaranan bu fasilə bizim xeyrimizə oldu.

Bu müddət ərzində yeni məşqçimizin metodlarını yaxşı başa düşdük, inanıram ki, çox çətinlik çəkməyəcəyik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sportinq"in qapıçısı Renan Ribeyro Portuqaliyanın "Record" nəşrinə açıqlamasında deyib.

Braziliyalı Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək oyunla bağlı fikirlərini bildirib: "Qarşıda iki əhəmiyyətli matç var -

Portuqaliya Kubokunda "Lusitano" və "Qarabağ"a qarşı Avropa Liqasındakı oyunumuz. Biz bu görüşlərdə qələbə qazanmalıyıq. Başqa bir nəticə bizi qane etmir".

“Qarabağ” – “Sportinq” oyunu noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti