Avropa Liqasında ən yaxşı futbolçuların siyahısını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, qitə yarışında yeganə təmsilçimiz “Qarabağ”dan “Top-100″də yer alan var. Qolkiperlər sırasında Hannes Halldorsson 1017 xalla 45-ci pilləyə yüksəlib.
Digər qapıçı Vaqner da Silva geriləyərək sonuncu – 87-cidir (-516 xal). Altıqat Azərbaycan çemponunun iki futbolçusu – Qara Qarayev 1414 xalla 422-ci, Maksim Medvedev 1413 xalla 424-cü yerdə qərarlaşıb.
“Top-100″də “Qarabağ”ın sabiq oyunçusu, “Astana”nın yarımmüdafiəçisi Pedro Enrike yüksələrək 2951 xalla 53-cüdür.
Ağdam klubunun digər keçmiş futbolçusu, “Astana”da çıxış edən millimizn üzvü Riçard Almeyda 1189 xalla 492-ci pilləyə irəliləyib.
“Top-100″ün hücumçularının reytinqində “Arsenal”ın forvardı Pyerr-Emerik Aubameyanq 3215 xalla 14-cü, Danni Uelbek 2198 xalla 34-cü pilləyə enib.
Bakıda “Qarabağ”a qol vuran “Vorskla”nın əsas silahı Vladislav Kulaç 2014 xalla 42-ci, həmçinin Yuri Kolomoets 882 xalla 89-cu sıraya düşüb.

