Bakıda VAR və ya YOX?

21 Noyabr 2018 14:48 Avropa Liqası 536
Bakıda VAR və ya YOX?

UEFA bu mövsüm avrokubok matçlarında videotəkrar sistemini (VAR) tətbiq etmək istəyir.

Sportinfo.az "The Times"a istinadən xəbər verir ki, dekabrın 3-də keçiriləcək qurumun Təşkilat Komitəsinin iclasında Çempionlar Liqasının 1/8 final mərhələsindən etibarən VAR sisteminin tətbiq edilməsi qərarının qəbulu gözlənilir.

Bundan əlavə, VAR sistemi iyun ayında keçiriləcək Millət Liqasının final turnirində də sınaqdan keçiriləcək.

Avropa Liqasının finalı 2019-cu il mayın 29-da baş tutacaq. Bu sistemin UEFA Avropa Liqasında isə növbəti mövsümdən etibarən tətbiq olunması nəzərdə tutulur.

Qurum yalnız bu mövsüm Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalında VAR sistemindən istifadə edə bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti