Avropa Liqasının final oyununun tərəfdaşları Bakıda

16 Noyabr 2018 13:12 Avropa Liqası 456
Avropa Liqasının final oyununun tərəfdaşları Bakıda

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Avropa Liqasının final oyunu ilə əlaqədar müxtəlif fəaliyyət sahələri üzrə nümayəndə heyətlərinin Azərbaycan paytaxtına mütəmadi səfərləri davam edir.

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu dəfə final qarşılaşmasında UEFA ilə rəsmi tərəfdaş olan şirkətlərin təmsilçiləri BOS-da olublar.

Onlar, həmçinin final matçı ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin məkanlarına baş çəkiblər. BOS-dakı tədbirdə Avroliqanın layihə meneceri Andreas Şar, AFFA baş katibinin müavini Sərxan Hacıyev, Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev çıxış ediblər.

Sonra tədbir iştirakçıları stadion ərazisinə tanışlıq xarakterli baxış keçiriblər. Səfərin ikinci günü AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə nümayəndə heyəti final oyununun təşkilati işləri çərçivəsində keçiriləcək müxtəlif tədbirlərin məkanları ilə tanış olub. Sonda xatirə şəkli çəkdirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti