Vəli Qasımov: "Fəxr edirəm ki, Avropa Liqasının səfiriyəm"

15 Noyabr 2018 18:48 Avropa Liqası 609
Vəli Qasımov: "Fəxr edirəm ki, Avropa Liqasının səfiriyəm"

"Mənə dəstək olduqları üçün AFFA-ya minnətdarlığımı bildirirəm. Gözəl gün yaratdıq".

Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında futbol veteranı Vəli Qasımov 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunundan sonra deyib.

O, Rusiya, Portuqaliya və İspaniyadan gələn dostlarına da təşəkkürünü bildirib. V.Qasımov UEFA Avropa Liqasının final matçının səfiri olduğu üçün çox şad olduğunu vurğulayıb:

"Avropa Liqasının finalının Bakıda keçirilməsi çox yaxşı haldır. Fəxr edirəm ki, buranın səfiriyəm".

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!