Tanınmış şirkət "Qarabağ"a dəstək oldu – VİZA JESTİ

15 Noyabr 2018 10:48 Avropa Liqası 661
Tanınmış şirkət "Qarabağ"a dəstək oldu – VİZA JESTİ

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə “Arsenal”ın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun kollektivi bu matç üçün Böyük Britaniya vizası əldə etmək üçün lazımı prosesdən keçib.

Bu vizanın verilmə prosesində səlahəyyətli şirkət TLS Ağdam təmsilçisinə jest edib. Şirkətin nümayəndələri futbolçuların sıx qrafikini nəzərə alaraq klubun bazasına gələrək lazımı prosesləri məhz burada yerinə yetirib.

Ağdam klubu başda Elnur Adilov olmaqla, TLS şirkətinə komandaya dəstək verdiyinə və alicənab hərəkətinə görə xüsusi təşəkkürünü bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!