UEFA "Vorskla" və "Qarabağ"a qarşı intizam işi açdı

14 Noyabr 2018 10:48 Avropa Liqası 513
UEFA "Vorskla" və "Qarabağ"a qarşı intizam işi açdı

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Ukraynada noyabrın 8-də "Vorskla" və "Qarabağ" arasında keçirilmiş Avropa Liqasının IV tur matçından sonra hər iki kluba qarşı intizam araşdırmalarına başlayıb.

Qurumun mətbuat xidmətindən "report"a verilən məlumata görə, iş eyni maddə - "Meydana əşyaların atılması və fişənglərin yandırılması" üzrə açılıb.

Sportinfo.az xəbər verir ki, məsələyə dekabrın 13-də baxılacaq.

Bu isə o deməkdi ki, "Arsenal" ilə noyabrın 29-da Poltavadakı Aleksey Butovski adına stadionda keçirəcəyi V tur qarşılaşmasını "Vorskla" azarkeşlərinin izləmələrinə heç bir məhdudiyyət qoyulmayacaq.

"Qarabağ"la ev oyununun 50-ci dəqiqəsində Ukrayna klubunun fanatları fişənglər yandıraraq, meydana atıblar. Bu səbəbdən, görüş 4 dəqiqə dayandırılıb.

65-ci dəqiqədə isə eyni hal azərbaycanlı tərəfdarların olduğu sektorda yaşanıb. Bu dəfə isveçrəli baş hakim Sandro Şörer komandaları paltardəyişmə otağına göndərib. Görüş 8 dəqiqə sonra bərpa olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti