"Qarabağ" qaldığı oteldə yemək tapmayıb… - AÇIQLAMA

13 Noyabr 2018 20:36 Avropa Liqası 948
"Qarabağ" qaldığı oteldə yemək tapmayıb… - AÇIQLAMA

Dünən yaydığımız məlumat aydın səmada şok effekti yaratdı.

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun «Vorskla» ilə cavab oyunundan sonra oteldə yer tapmayaraq, restoranda – stulların üzərində yatması barədə xəbər demək olar bütün mətbuat orqanları tərəfindən tirajlandı.

Reaksiyalar birmənalıdı: Qurban hocanun bu hərəkəti hamı tərəfindən alqışlandı və rəğbət doğurdu.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sportinfo.az-a açıqlamasında hadisə barədə bunları deyib:

«Gecə ilə hava limanına gedəndə, öyrəndik ki, təyyarə uçmayacaq. Pekipaj heyəti təyyarənin təkərlərinin don vurduğunu dedi.

Poltava aeroportunda uçuşlar az-az həyata keçirildiyindən, təkərlərə vurulmalı olan məhlul yox idi. Ona görə də geri qayıtmalı olduq, komandanın qaldığı oteldə isə artıq bütün otaqlar tutulmuşdu.

Cəmi 2 nömrə tapıldı və təmizləndi. Hərəsi 2 qonaq üçün nəzərdə tutulan otaqların hər birində 4 futbolçu yerləşdirildi. Qalanlarını isə başqa oteldə yer tapdıq.

Qurban müəllim öncəliyi «Vorskla»ya qarşı 90 dəqiqə oynamış futbolçulara verdi. Məşqçi və texniki heyətdən 10-ya yaxın adama otaq olmadı.

Otelin işçiləri yalnız birinci mərtəbədəki restoranda gecələməyin mümkün olduğunu dedi və ora bir az əl gəzdirdilər. Artıq yemək də qalmamışdı. Ona görə də «Mc Donalds»dan və dükandan yemək və meyvə alındı».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti