AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.
Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avstriyalı funksioner Avropa Liqasının qrup mərhələsində Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda “Zenit” və Danimarkanın “Kopenhagen” komandaları arasındakı matçın hakim-inspektoru olacaq.
Görüş noyabrın 29-da keçiriləcək.

