"Rəqibimizin hazırlıq üçün bizdən bir gün çox vaxtı olmuşdu.
Mobil və yüksək sürətli komanda ilə oyun çətin keçdi.
Bizdə bəzi şeylər alınır, bəzi epizodlarda üstünlük öz tərəfimizdə idi".
Sportinfo.az xəbər verir ki, bunu "Vorskla"nın baş məşqçisi Vasili Saçko evdə Donetsk "Şaxtyor"una 0:2 hesabı ilə uduzduqları Ukrayna Premyer Liqasının XV tur matçından sonra deyib.
43 yaşlı mütəxəssis "Qarabağ" və "Şaxtyor"la qarşılaşmalardan dərs çıxarmalarının gərəkliyini söyləyib:
"Bu və ya "Qarabağ"la görüşlər nəyin üzərində işləməli olduğumuzu göstərir. Qarşımıza ciddi məqsədlər qoyuruqsa, 2-3 mövqeni gücləndirməliyik.
Hazırda yığmaların oyunları ilə əlaqədar fasilədir. Bu, bizim üçün hava damcısı kimidir. Yenidən yüklənməyimiz tələb olunur".
"Vorskla" "Şaxtyor"dan əvvəl noyabrın 8-də Avropa Liqasının IV tur matçında "Qarabağ"a uduzub - 0:1.

