Çampionlar Liqası və Avropa Liqasında qrup mərhələsinin III tur oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan klubları arasında ən yaxşı göstərici "Qarabağ"dadı.
Ağdam klubu aktivindəki 22,000 xalla 64-cü pilləyə şərikdi. "Qarabağ" kimi "Valensiya", "Lester" və "Feyenoord" da eyni xala malikdi.
Ağdam klubunun ən yaxın izləyiciləri "Qalatasaray"dı. Hər iki komandanın 21,500 xalı var. Digər Azərbaycan klublarından "Qəbələ" 6,250 xalla əvvəlkitək 163-cü sıraya şərikdi.
"Neftçi", "Zirə", "Keşlə" və "Kəpəz" 5 pillə geriləyib. Bu komandalar 273-276-ci yerləri bölüşdürür (3,700 xal).

