Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın E qrupundakı rəqibləri - "Arsenalı evdə "Sportinq"i ilə heç-heçə edib.
London klubu bu nəticədən sonra 1/16 final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı doğma meydanda Çexiyanın "Yablonets" kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma Qazaxıstan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətdə başlayan Almeyda 71-ci dəqiqədə əvəzlənib.
Türkiyə təmsilçilərindən "Beşiktaş” səfərdə Belçika "Genk”i ilə heç-heçə edib -1:1, "Fənərbağça” isə evdə eyni ölkənin "Anderlext” klubunu 2:0 hesabı ilə üstələyib.
Qonşu ölkənin digər klubu “Akhisarspor” isə evdə İspaniyanın “Sevilya” komandasına 2:3 hesabı ilə məğlub olub.
IV turun oyunlarından sonra "Arsenal”la yanaşı, "Ayntraxt” (Almaniya), "Latsio” (İtaliya), "Çelsi” (İngiltərə), "Sürix” (İsveçrə), "Bayer” (Leverkuzen, Almaniya) və "Dinamo” (Zaqreb, Xorvatiya) klubları 1/16 final mərhələsinə vəsiqəni təmin ediblər.

