Bakıdakı məşhur restorandan "Qarabağ"a görə endirim – AFFA rəsmiləri məyus oldu!

9 Noyabr 2018 17:24 Avropa Liqası 1 019
Bakıdakı məşhur restorandan "Qarabağ"a görə endirim – AFFA rəsmiləri məyus oldu!

«Qarabağ»ın dünən Avropa Liqasında qazandığı ilk qələbə bütün Azərbaycanı sevindirdi.

Buna biganə qalmayan iş adamı da tapılmadı.

Bakının məşhur restoranlarından biri Ukraynada əldə olunan uğur münasibətilə müştərilərinə jest edib. Araz Abdullayevin penaltidən vurduğu 3 qola görə müsafirlərə 10 faiz güzəşt olunub,

Bu, ikinci belə addımdı. Restoran rəhbərliyi millinin San Marinonu 5:1 udduğu matça görə də müştərilərindən hesab almayıb. Həmin axşam burda yeyib-içənlərdən 1 manat belə, götürülməyib.

Maraqlıdı ki, dünənki qarşılaşmanı AFFA-da çalışanlar da şəhərin mərkəzindəki restoranda izləyib.

Lakin qəribədi ki, onlar «Qarabağ»ın qələbəsindən heç də məmnun görünməyiblər – dilxor şəkildə məkan tərk ediblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM