"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Sportinq"in yeni baş məşqçisi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Lissabon təmsilçisi Marsel Keyzerə həvalə olunub.
44 yaşlı hollandiyalı mütəxəssis 2021-ci il iyun ayının 30-na kimi komandaya rəhbərlik edəcək. "Sportinq" noyabrın 5-də baş məşqçi Joze Pezeyrunu istefaya göndərib.
Komanda sentyabrın 20-də "Qarabağ"la Lissabonda keçirdiyi görüşdə qələbə qazanıb - 2:0. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar.

