Millimizin "düşünən beyin"i, görün, nəyə qadirdi! - VİDEO

9 Noyabr 2018 08:36 Avropa Liqası 751
Millimizin "düşünən beyin"i, görün, nəyə qadirdi! - VİDEO

Qazaxıstan “Astana”sı Avropa Liqasının qrup mərhələsində dördüncü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi klub doğma meydanda Çexiya təmsilçisi “Yablonets”lə qarşılaşıb.

Futbolçumuzun komandası ilk oyunda heç-heçəyə (1:1) razılaşdığı bu rəqibinə evdə qalib gəlməyi bacarıb - 2:1.

Almeyda da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü 71-ci dəqiqədə əvəzlənib.

“Qarabağ“da komanda yoldaşı olduğu Pedro Enriknin hesabı açdığı epizodda künc zərbəsini məhz Almeyda yerinə yetirib. “Astana” 4 turdan sonra 8 xalla yer aldığı K qrupunda liderdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti