Azərbaycan çempionu "istək-imkan-reallıq" üçbücağında

8 Noyabr 2018 20:36 Avropa Liqası 603
Azərbaycan çempionu "istək-imkan-reallıq" üçbücağında

"Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

“Köhlən atlar” 4-cü tur çərçivəsində Ukraynada "Vorskla” ilə qarşılaşacaq.

Ağdam təmsilçisi cari mövsümdə Avropa Liqasının qrup mərhələsində keçirdiyi oyunların hamısında məğlub olub. Belə ki, “Qarabağ” səfərdə "Sportinq”ə 0:2, Bakıda "Arsenal”a 0:3, "Vorskla”ya isə 0:1 hesabı ilə uduzub.

Son oyunda "Qarabağ"ı məğlub edən Poltava təmsilçisi isə səfərdə "Arsenal"a 2:4, evdə isə "Sportinq"ə 1:2 hesabı ilə məğlub olub.

Azərbaycan çempionu bu görüşdə məğlub olsa, növbəti mərhələ şansını itirəcək və son iki tur komanda üçün formal xarakter daşıyacaq.

Məşqçi korpusu atıq yeni vəzifələr barədə düşünməli və bunu ölkə çempionatında – ən münbit şəraitdə həyata keçirməyə başlamalıdı. Bu vəzifələr oyunçu dəyişikliklərindən çox format yeniliyinə istiqamət olmalıdı.

Çünki elə son matça diqqət edəndə, özünü bir addım öndə görmək istəyən bir komandanı müşahidə edirik. Fəqət «istək-imkan-reallıq» üçbücağında klub özü-özünə uduzur.

Bugünkü «Qarabağ»ın orta xətt boyunca buna hər bir imkanı var. Müdafiə cinahlarının da funksionallığı artıılsa, bu heyətin imkanları daha genişlənər. Çünki daha irəli doğru meydanda bir-biri ilə nadir hallarda uzlaşa bilən bir heyət olur.

İndiki təəssürat belədi ki, məşqçi korpusu əlindəki potensialdan faydalana, yaxud onu yönəldə bilmir. Hətta son qarşılışmadakı əvəzetmələrin də məqqsəd və məamı heç aydın olmadı.

Meydana daxil olanlar oyunun ruhunu dəyişməliydilər. Lakin buna onların özlərinin yanaşmasından savayıı, cüzi taktiki yenilik də olmalıydı. Bu rəqibi daha çox çaşdıra bilərdi.

Deməli, orta xətdə tarazlığa nail olmaq daha faydalı oyun planı qurmaq lazımdı. Önə doğru isə hər oyuna futbolçuların fərdi ustalıq keyfiyyətlərinə meydan vermək də olar və mərhələ ilə bu mənada irəliləyiş özü gələcək.

Sadəcə, ölkə çempionu bu vəziyyətdə standart vəziyyətlərə xüsusi diqqət etməlidir ki, rəqibə təzyiqin daha üstün formasına nail olsun.

«Qarabağ» (Azərbaycan) – «Vorskla» (Ukrayna) 0:1 (0:0)

Hakimlər: Roy Reynşreyber - Danni Krasikov, David Elias Biton - Amihay Yehoşua Mozes - Alon Yefet, Daniel Bar Natan (İsrail).

Qol: V.Kulaç, 48.

Sarı vərəqələr: Zubir, 64//V.Kulaç, 4, Perduta, 41, Dalkku, 79, Serhiyçuk, 87.

«Qarabağ»: Vaqner, Yakub Jezniçak, Rəşad F.Sadıqov (kap.), Maksim Medvedev, Vild-Donald Gerye, Simeon Slavçev (Filip Ozobiç, 58), Qara Qarayev, Miçel, Araz Abdullayev (Con Delarj, 69), Abdulla Zubir, İnnosent Emeqara (Mahir Mədətov, 58). Baş məşqçi: Qurban Qurbanov.

“Vorskla”: Bohdan Şust, İqor Perduta, Nəcib Yaqubu (Moreş da Kruz, 46), Oleksandr Sklyar, Vladıslav Kulaç (Mixaylo Serhiyçuk, 78, Vyaçeslav Şarpar, Oleksandr Çijov, 90+2), Volodımır Çesnakov (kap.), Vadım Sapay, Yuri Kolomoets, Ardin Dallku, Pavlo Rebenok. Baş məşqçi: Vasıl Saçko.

1. «Arsenal» 3 3 0 0 8-2 9

2. «Sportinq» 3 2 0 1 4-2 6

3. «Vorskla» 3 1 0 2 4-6 3

4. «Qarabağ» 3 0 0 3 0-6 0

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti