Neyləyək, gəlmək istəmirlər…

8 Noyabr 2018 18:48 Avropa Liqası 584
Neyləyək, gəlmək istəmirlər…

"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsinin IV turunda "Vorskla"nın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, Poltavadakı Aleksey Butovski adına stadionda keçiriləcək matça maraq böyük deyil.

Dünən axşama olan məlumata görə, təxminən 8 min bilet satılıb. Bu gün sayın ciddi artmayacağı, qarşılaşmanı 10 min ətrafında azarkeşin izləyəcəyi gözlənilir.

Matçın baş tutacağı stadion 24795 nəfərdi. "Vorskla" - "Qarabağ" görüşü 00:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti