"Vorskla" "Qarabağ"ı 1:0 hesabı ilə udacaq"

8 Noyabr 2018 20:24 Avropa Liqası 552
"Vorskla" "Qarabağ"ı 1:0 hesabı ilə udacaq"

"Bakıda qazanılan qələbə komandanı ümidləndirdi və əhval-ruhiyyəni yaxşılaşdırdı.

Artıq turnirin növbəti mərhələsinə vəsiqə verən ilk 2 yerdən birini tutmağa ümid var".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Vorskla"nın sabiq yarımmüdafiəçisi Valentin Platanov Ukrayna mətbuatına açıqlamasında deyib.

Poltava təmsilçisinin bu gün Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la keçirəcəyi oyuna proqnoz verən vetaran futbolçu həmyerlilərinin minimal hesabla qalib gələcəyini düşünür:

"İndi 3 həftə əvvəlki uğuru təkrarlamaq lazımdı. Baxmayaraq ki, növbəti 3 xal Poltava təmsilçisinə asan başa gəlməyəcək, nədənsə onların qalib gələcəyinə inanıram. Hesab isə 1:0 olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti