Avropa Liqasının qrup mərhələsinin IV turunun “Vorskla” - “Qarabağ” oyunu iki ölkə təmsilçilərinin qitə miqyaslı turnirlərdə 6-cı dueli olacaq.
Azərbaycan və Ukrayna klublarının indiyədək avrokuboklarda 5 görüşdə üz-üzə gəlib.
İlk duellər ötən əsrin sonlarında baş tutub. 1999/2000 mövsümündə həmin vaxt UEFA kuboku adlanan yarışın təsnifat mərhələsində “Şəmkir”in yolları “Krivbass”la kəsişib. Qərblilər səfərdə darmadağına üzülüb (0:3), cavab matçında isə 2 cavabsız qol buraxıb.
2014/15 mövsümündə isə Ukrayna səfəri uğurlu alınıb. Bu ölkəyə 2-ci səfər edən təmsilçimiz “Qarabağ” olub.
Qurban Qurbanovun yetirmələri “Dnepr”i Avropa Liqasının qrup oyununda məğlub edib – 1:0. Lakin Bakıdakı qarşılaşma rəqibin 3 xal qazanması ilə başa çatıb – 1:2.
Azərbaycan klublarının ukraynalılarla 5-ci görüşü 2 həftə öncə baş tutub. “Qarabağ” “Vorskla” ilə ev matçında 0:1 hesabı ilə uduzub.
Ümumilikdə 5 qarşılaşmada təmsilçilərimiz 1 dəfə qalib gəlib, 4 dəfə uduzub.. Top fərqində də üstünlük ukraynalıların tərəfindədi – 8:2.
Bu ölkəyə 3-cü səfər öncəsi rəqib meydanındakı qarşılaşmalarda 1 qələbə və 1 məğlubiyyətimiz var. Top fərqi meydan sahiblərinin xeyrinədi – 3:1. Əvvəlki 2 qarşılaşmada hesabı açan komanda qələbə qazanıb.
Ümumiyyətlə, rəqibin ümumi tərzinə görə, belə hallarda daha çox funksional yüklənmə ilə sadələşdirilmiş taktiki variantlar özünü doğruldur.
Hətta hücum planının qurulmasında keyfiyyətə nail olmaq mümkün deyilsə, komandanın təzyiqli oyun tərzi absurddur.
Yaxşı oynayıb istənilən hesabla «Arsenal»a uduzmaq faciə deyil. Amma «Vorskla»ya ən kiçik hesablı məğlubiyyət heç bir fəallığa haqq qazandırmayacaq.
Son matça qayıtsaq, «Vorskla» ilə duelin çətin keçəcəyi əvvəldən aydın idi. Çünki «bu rəqib dişə çəkiləndir» ictimailəşmiş fikri, əlbəttə, rəqibin də hazılıq planının əsasını təşkil edirdi.
Bu mənada matçın qalibi rəqib sükançı oldu, çünki «Qarabağ»ı tam çözdü. Vurulan qolun da absurdluğu, əslində, qarşılaşmanın gedişinin tam məntiqinə uyğundu.
Ədalətli olsaq, Azərbaycan çempionu bu matçda qələbəyə layiq deyildi. Heç-heçə olmalıydı. Məğlubiyyət aqoniyanın – hədər yerə qüvvə sərfinin cavabıydı.
SPORTİNFO.AZ

