"Xəbər vermişik ki, işləri olsa belə, "Qarabağ"ı dəstəkləsinlər"

8 Noyabr 2018 12:24 Avropa Liqası 485
"Xəbər vermişik ki, işləri olsa belə, "Qarabağ"ı dəstəkləsinlər"

Azərbaycanın Poltavadakı fəxri konsulu Elşən Vəliyev Avropa Liqasının IV turunda keçiriləcək "Vorskla" - "Qarabağ" matçından əvvəl fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, konsul azarkeşlərin oyuna gəlməsi üçün əllərindən gələni etdiklərini qeyd edib:

"Biz əlimizdən gələni edirik ki, daha çox azarkeşimiz oyuna gəlsin. Poltavada olan soydaşlarımıza xəbər vermişik ki, işləri olsa belə, oyunda iştirak etsinlər və "Qarabağ"ı dəstəkləsinlər".

Konsul oyuna marağın yüksək səviyyədə oldğunu bildirib: "Oyunla maraqlananlar və müraciət edənlər çox olur.

Matçın yeri və vaxtı ilı bağlı məlumat alırlar. Oyuna maraq da yaxşı səviyyədədi. Ümid edirik ki, azarkeşlər komandanın yanında olacaqlar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti