Builki «Qarabağ» beynəlxalq arenada qələbəsiz və qolsuz bir mövsüm keçirir.
Maraqlıdı ki, bu matçların heç birində ümidsiz oyun nümayiş etdirdiyini söyləmək olmaz.
Bu isə formalaşmış, get-gedə özünü təsdiq etmək istəyən, ənənələrin başlanğıcını qoymaq istəyən bir klub üçün heç də pis məqam deyil.
Hərçənd «Vorskla»ya qalib gəlmək bir kənara, ondan 1 xal da ala bilməyəndə, problemlərin də aşkar olduğunu etiraf etmək lazım gəlir.
Axı məhz bu tip rəqiblər «Qarabağ»ın qeyd etdiyimiz Avropa yolunda ciddi qəbul edilməsinin təməlini təşkil edir.
Sabahkı matç futbol tarixində Azərbaycan klublarının noyabrın 8-də keçirdiyi ikinci qarşılaşma olacaq. İndiyədək təmsilçilərimiz yalnız bir dəfə bu tarixdə meydana çıxıb.
Bu hadisə 6 il öncə yaşanıb. Avrokuboklarda qrupa düşən ilk Azərbaycan komandası kimi tarixə düşən “Neftçi” 2012-ci il noyabrın 8-də Bakıda “Rubin”i qəbul edib.
Avropa Liqasının həmin matçının taleyini 1 qol həll edib. Rusiya təmsilçisi Bakıdan 3 xalla ayrılıb. Hələ qrup mərhələsi başlamazdan əvvəl arifə işarə ilə bu məqamlara diqqət ayırıb, klubun sistemli, planlaşdırılmış hədəflərə doğru addımlar atmalı olduğunu da qeyd edirdik.
Yeni mövsümə heyət dəyişiklikləri ilə başlayan «Qarabağ»ın yeni oyunçu siyasətinin xarakteri də bunu diktə etməli idi. Aydın idi ki, bu dəyişikliyin təməlində oyun, üslub, taktiki dəyişikliklər də dayanmalı idi.
Buna qismən nail olunsa da, əsas məsələ futbolçuların potensial imkanları ilə oyun planı arasında ziddiyyətlər nəinki aradan qaldırılmayıb, hətta uğursuzluqlar onu dərinləşdirir.
Burda söhbət heç dç ictimai təzyiqdən getmir. Məsələ kollektivin daxilində dərinləşməkdə olan psixoloji yorğunluqdadı.
Bunu bir kənara qoyub oyunu təşkil edən elementlərdən bəhs etsək, ən ağrılı məsələ komandanın oyun quruculuğudu. Hazırkı heyətdə fərqli oyun qumaq üçün şərait də var.
Fikrimcə, məşqçi korpusu iki vəzifəni yerinə yetirməlidi: futbolçuları düşünülmüş ümumi taktiki sxemə uyğunlaşdırmaq olmursa, onların imkanlarından maksimum faydalanmaq üçün ənənəvi üslub dəyişikliyinə əl gəzdirilməlidi. Transferlərin xarakter isə bunu diktə edir.
BATI YAR

