"Vorskla"nın yenə Qarabağ"a qalib gələcəyi kifayət qədər inandırıcıdı"

7 Noyabr 2018 11:00 Avropa Liqası 471
"Vorskla"nın yenə Qarabağ"a qalib gələcəyi kifayət qədər inandırıcıdı"

Ukraynalı futbol eksperti Mixail Keks Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Vorskla" - "Qarabağ" oyunu üçün proqnozunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Keks Poltava təmsilçisinin qələbə qazanacağına inandığını bildirsə də, matçın bərabərə bitə biləcəyini də istisna etməyib:

"Vorskla"nın səfər qələbəsinə və evdə oynamasına baxmayaraq, hər iki komandanın şansları bərabər qiymətləndirilir.

Hərçənd poltabalılar Azərbaycandan qayıtdıqdan sonra 3 qələbə qazanıb. Kənardan da göründüyü kimi, "Vorskla" hazırda normal psixoloji durumdadı və özlərindən əmin şəkildə irəliləyirlər.

Ona görə də Ukrayna təmsilçisnin bu oyunda da "Qarabağ"a qalib gələcəyini kifayət qədər inandırıcı hesab edirəm. Amma heç-heçə də qeydə alına bilər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti