"Qarabağ"ın qabağına adamlar çıxdı - FOTOREPORTAJ

7 Noyabr 2018 09:12 Avropa Liqası 525
"Qarabağ"ın qabağına adamlar çıxdı - FOTOREPORTAJ

"Qarabağ" "Vorskla" ilə Avropa Liqasının qrup mərhələsinin V tur oyununu keçirəcəyi Poltava şəhərinə çatıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisini aparan çarter reysli təyyarə yerli hava limanına Bakı vaxtı ilə saat 21:30-da enib.

Aeroportda komandanı bir qrup ukraynalı jurnalist və azərbaycanlı azarkeşlər qarşılayıb. "Qarabağ" noyabrın 7-də Aleksey Butovski adına stadionda ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq məşqə çıxacaq.

Məşqdən əvvəl saat 20:30-da baş məşqçi Qurban Qurbanov və futbolçulardan biri mətbuat konfransı keçirəcək.

"Vorskla"nın baş məşqçisi Vasili Saçko isə jurnalistlər önünə saat 19:00-da çıxacaq. Oktyabrın 8-də keçiriləcək oyun saat 24:00-da başlanacaq..

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti