“Qarabağ”la oyun "Arsenal" üçün əyləncəli olsa da..."

6 Noyabr 2018 20:24 Avropa Liqası 531
“Qarabağ”la oyun "Arsenal" üçün əyləncəli olsa da..."

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Arsenal”ın 11 oyunluq qələbə seriyasının qırılmasının ardından “topçular” İngiltərə Premyer Liqasında ardıcıl ikinci dəfə büdrəyib.

Sportinfo.az xəbər verir ki, XI turda lider “Liverpul”la bərabərlik Britaniya mətbuatında böyük müzakirə mövzusu olub.

Həmkarlarımız Unay Emerinin yetirmələrinin uzun fasilədən sonra ilk ciddi sınağa çıxdığını və məğlubiyyətdən son anda qurtulduğunu vurğulayıblar. Yerli KİV “kanonirlər”in evdə xal itirməsini normal hesab edir:

“Arsenal”ın ardıcıl qələbələrindən sonra hər kəs onların oyunundan yenə zövq alacağını düşünürdü. Lakin belə olmadı.

Bu, fərqli bir test idi: “Arsenal” boşluqlardan məharətlə yararlanmağı bacaran, özündən güclü rəqiblə qarşılaşırdı.

“Fulhem”, “Brendfort”, “Qarabağ”, “Vorskla” və “Vest Hem” əyləncəli olsa da, “Liverpul” çox fərqli idi. Bu dəfə həyatda qalmaq üçün hər zamankından daha sürətli, güclü və kəskin olmaq tələb olunurdu”.

Həmin qarşılaşmada “Liverpul” hesabı açsa da, “Arsenal” Aleksandr Lyakazettin 82-ci dəqiqədə vurduğu qol sayəsində məğlubiyyətdən qurtulub - 1:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti