“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sportinq”in baş məşqçi Joze Pezeyru ilə yollarını ayırdığı xəbərini vermişdik.
Sportinfo.az xəbər verir ki, hazırda BƏƏ-nin “Əl Cəzirə” komandasını çalışdıran Marsel Keyzer Lissabon təmsilçisinin baş məşqçi postuna təyin oluna bilər.
Bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb. Xəbərdə hollandiyalı mütəxəssisin hazırda Lissabonda olduğu və klub rəhbərliyi ilə danışıqlar apardığı bildirilir.
Rusiya mətbuatı isə komandanın “sükanı arxasına” rusiyalı mütəxəssis Leonid Slutskinin gətiriləcəyini iddia edir. Marsel Keyzer iyun ayında “Əl Cəzirə”nin baş məşqçi postuna təyin olunub.
“Sportinq” Avropa Liqasının E qrupunda “Qarabağ”, “Arsenal” və “Vorskla” ilə mübarizə aparır. Portuqaliya təmsilçisi sentyabrın 20-də "Qarabağ"la Lissabondakı görüşdə 2:0 hesabıyla qələbə qazanıb. Komandalar arasındakı ikinci oyun Bakıda noyabrın 29-da baş tutacaq.

